Dünya 13:10 08.07.2020

Koronavirusa inanmayan Braziliya prezidenti də epidemiyaya yoluxdu

Braziliya prezidenti Jair Bolsonaro koronavirusa yoluxub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə rəhbəri özü açıqlama verib. Bildirib ki, test nəticəsi pozitiv çıxıb və həkimlər onu klorokinlə müalicə etməyə başlayıblar:

"Qrip olmuş kimi bir az istiliyim var idi. Yorğu hiss etdim. Hər hansısa bir problem olmadan qısa zamanda sağalacağam".

Bolsonaro ağciyər testinin də təmiz olduğunu bildirib.

Qeyd edək ki, əvvəldən koronavirusu adi qrip kimi dəərləndirən Braziliya prezidenti ictimai yerlərdə maska taxmamağı ilə dəfələrlə gündəmə gəlib.

Camal