Xəbər lenti

Sağlamlıq 10:55 24.07.2020

Koronavirusa yoluxan Cavid Paşayevin vəziyyəti ağırdır

"Həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır”.

Bu barədə Qaynarinfo-ya Mərkəzi Gömrük Hospitalından bildirilib. Qeyd olunub ki, o, hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur: "Hemodinamik stabildir. Saturasiyası 90-98%. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur”.

Qeyd edək ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri, koronavirusa yoluxmuş 36 yaşlı Cavid Paşayev iyulun 13-dən EKMO cihazına qoşulub. Onun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?