Ölkə 12:22 27.09.2021

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti (AÇIQLAMA)

Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.

Y.Muradov özünün hazırkı vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verib. O, vəziyyətinin orta-stabil olduğunu söyləyib:

"Vəziyyətim orta- stabildir. Modul tipli xəstəxanda yatılı vəziyyətdə müalicə alıram”.

Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan "Qulp” verilişinin aparıcı obrazlarından biri - "Aşıq Yedigar” kimi tanınıb.