Hindistanlı biznesmen Şankar Kurhade yeni tip koronavirus pandemiyasından qorunmaq üçün təxminən 4 min dollara qızıldan maska düzəltdirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, maskanın ağırlığı 55 qramdır. Biznesmen sosial şəbəkədə bir nəfərin gümüşdən maska taxdığını gördükdən sonra belə bir şey hazırlatmaq fikrinə düşdüyünü deyib. O, maskanın virusdan nə qədər qoruduğunu bilmədiyini, lakin gigiyena və sosial məsafə qaydalarına riayət etdiyini bildirib.
Qeyd edək ki, Hindistanda 675 mindən çox insan epidemiyaya yoluxub, 19 min 300 nəfər virusdan həyatını itirib.
Camal
Şərhlər