Sənət 16:04 18.05.2021

Koronavirusdan sağalan Elmira Rəhimova xəstəxanadan evə buraxıldı

Xalq artisti Elmira Rəhimova xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, dünən müalicə aldığı FHN-nin Zığdakı Modul Tipli Hospitalından evə buraxıldığını, hazırda səhhətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, E.Rəhimova bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxmuşdu.