Sağlamlıq 15:16 11.03.2020

Koronavirusun dərmanı tapıldı: 3 həftəyə satışa çıxarılacaq

İran səhiyyə nazirinin müavini Kiyanuş Cahanpur koronavirusa qarşı dərmanı tapdıqlarını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nazir müavini Actemara adlı dərmanın bəzi şəhərlərdə xəstələri sağaltdığını deyib:

"24 saat ərzində təsirini göstərdi. Lakin dəqiq bir şey demək üçün hələ tezdir. Nəticələr müsbət olsa, satışa çıxaracağıq".

Dərmanın tamamilə yerli imkanlar hesabına hazırlandığını bildirən hökumət rəsmisi prosesin 3 həftə çəkəcəyini vurğulayıb.

Camal