Xəbər lenti

“Koronavirusun əlamətləri olmadan test etdirməyə ehtiyac yoxdur” - Professor
Ölkə 10:36 04.04.2020

“Koronavirusun əlamətləri olmadan test etdirməyə ehtiyac yoxdur” - Professor

Bir müddət əvvəl mətbuatda vətəndaşların koronavirusla bağlı analizlərinin ödənişsiz həyata keçiriləcəyi, bunun üçün onların poliklinikalara yaxınlaşmasının kifayət olduğu barədə xəbərlər yayıldı. Bu xəbər qismən də olsa, insanların narahatlığının azaltdı. Lakin son günlər sosial şəbəkələrdə insanlar COVİD-19 tanalizinin baha olmasından şikayətlənir. 

Müğənni Mehin Hümbətova analizinin 100 manata başa gəldiyini deyib: "Bu gün heç bir simptomum olmadığı halda gedib Covid-19 -dan analiz verdim. Analizin qiyməti 100 AZN, cavab isə sabah çıxacaq. Bu qiymət klinikaya görə dəyişir (137 manat, 150, 200 və.s). Bir ailə üç və daha artıq üzvlə analiz vermək istəsə, bu, o ailəyə baha başa gələcək. Azərbaycanda bu məbləği ödəmək gücünə sahib nə qədər ailə var ki?! Sanki belə bir vəziyyətdə sahibkarlar əllərindən gələni edirlər ki, daha çox pul qazansınlar. Bu analizin maya dəyəri nə qədər ola bilər ki, bu dərəcədə şişirdilmiş rəqəmlər təyin olunub analiz üçün? Məncə, dövlət bunu nəzarətə götürməlidir. Ödənişsiz etməli olduğunuz xidməti baha qiymətə sırıyırsızsa, heç olmasa insaflı rəqəm təyin edin. Qiymət təyin olunanda az məvacibli ailələr nəzərə alınmalıdır". 

Qaynarinfo xəbr verir ki, professor Adil Qeybulla məsələ ilə bağlı Yenisabah.az saytına açıqlamasında analizlərin müraciət əsasında aparılmalı olduğunu qeyd edib: "Bildiyim qədərilə analiz ödənişsizdir və müraciət əsasında olmalıdır. Məsələn, Türkiyədə hamı test olunmur. Əvvəla, antikorları bədəndə müəyyən etmək üçün kart-test var, yəni ekspress analiz. Bir də kolimeral zəncirvari reaksiya analizi var. Bu analiz artıq ağır vəziyyətdə olan şəxsləri yoxlayıb diaqnoz qoymaq üçün istifadə olunur, amma ən çox kart-test istifadə olunur, lakin onun da hamıya istifadə olunması vacib deyil, konkret situasiya var, məsələn mən istəyirəm ki, kart-test elətdirim, bunun dövlət tərəfindən nizamı olmalıdır, nizam da ondan ibarətdir ki, konkret olaraq həkimə müraciət edən şəxslər yerində dəyərləndirilir, onun kart-testlə müayinə olunub-olunmaması qərar çıxarılır. Əgər vətəndaş gedib könüllü analiz vermək istəyirsə, bu başqa məsələdir. Mən bilən bunu sahibkarlar gətirmir, kart-testlər dövlət xətti ilə gəlir və bunlar nizamla həyata keçirilməlidir. Hətta 4 dəfə virusa yoluxan şəxsin onu tamamilə gizli keçirməsi mümkündür.Ona görə də konkret əlamət olmadan gedib boş yerə test etdirməyə lüzum görmürəm”. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->