Koronavirus səbəbindən bağlı olan zooparklarda sevindirici hadisə yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Honq Konqun Okean Parkında nəsli tükənməkdə olan pandalar 10 il sonra ilk dəfə cütləşiblər. Zoopark rəsmiləri bu hadisənin onları olduqca sevindirdiyini ifadə ediblər. Zooparklarla İş üzrə idarənin rəhbəri Maykl Bus təbii yolla cütləşmə prosesində pandaların hamilə qalma ehtimalının daha yüksək olduğunu bildirib. Dünyaya yeni bir panda gəlib gəlməyəcəyi isə yaxın aylarda bəlli olacaq.
Camal
Şərhlər