Bayram günlərində yer planetinə asteroidin yaxınlaşması gözlənilir. Diametri 30 metr olan bu cismin hər hansı bir təhlükəsinin olub olmamasını əməkdaşlarımız araşdırıb. Kosmik obyektin martın22-i yerə yaxınlaşacağı ehtimal edilir.
EA2 iri asteroidi Yer kürəsinə yaxınlaşır. Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi NASA məlumat yayıb.
Diametri 18-dən 40 metrə qədər olan kosmik obyektYer kürəsinin yaxınlığından 305 kilometr məsafədən keçəcək. Bu, planetimizdən Aya qədər olan məsafədən 80 min kilometr azdır.
Asteroidin Yerə ən yaxın məsafədən uçması hadisəsi martın 22-də baş verəcək. Yerə yaxın məsafədən keçməsinə baxmayaraq asteroidin hec bir qorxusu yoxdur.
Ümumiyyətlə isə belə yad cismlərin yaxınlaşması zamanı əgər hər hansı bir problemin olması istisna edilmirsə bu zaman qabaqlayıcı tədbirlərin görülməsi üçün fərqli bir metoddan istifadə edilir.
Bundan əvvəl, 2018-ci ilin noyabr ayında astronomlar Yerə insan kəlləsi şəkilliölü asteroidin yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər. Sözügedən kosmik obyekt Yerdən 38 milyon kilometr aralı keçmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər