Dünya 15:42 23.07.2018

Kosmos səyahətinə adını yazdıran 10 məşhur qadın (FOTOLAR)

Kosmonavtlar arasında kişilərlə bərabər qadınlar da xüsusi yer tutur. Kimisi kosmosa gedən ilk qadın olaraq adını tarixə yazdırıb, kimisə də kosmosda daha uzun müddət qalmaqla...

Qaynarinfo kosmos tarixinə adını yazdıran 10 məşhur qadın haqda məlumatı sizlərə təqdim edir:

Valentina Tereşkova

Kosmosa ayaq basan ilk qadın olaraq tanınan Valentina Tereşkova özündən sonra gedən qadın astronavtlar üçün bir yol qoyub. SSRİ kosmonavtı olan Valentina 16 iyun 1963-cü ildə "Vostok 6" uçuşunu gerçəkləşdirmək üçün müraciət edən 400 qadın arasından seçilib.

Selli Rayd

NASA astronavtı Selli Rayd 1983-cü ilin iyununda "Challenger" kosmik servisinin "STS-7" missiyası fəaliyyətə başlayarkən kosmosda olan ilk amerikalı qadın olub. O, 19 avqust 1982-ci ildə kosmosa uçub. Valentina Tereşkova və digər sovet kosmonavtı Svetlana Savitskayadan sonra kosmosa gedən 3-cü qadın olub.

Peggi Vitsn

Peggi Vitsn 2008-ci ilin aprelində NASA-da "Expedition 16" kosmik gəmisini idarə edən ilk qadındır. 2016-cı ildə növbəti səfərində o, "Exspedition 51"i idarə etməklə iki dəfə idarəçi vəzifəsi icra edən ilk qadın olub. Həmçinin Peggi kosmosdakı ən yaşlı qadın kosmonavt olma rekordunun da sahibidir. Sonuncu səfərindən qayıdanda onun 57 yaşı var idi.

Svetlana Savitskaya

Kosmik səyahəti tamamlayan ilk qadındır. O, 1984-cü ildə ikinci uçuşu zamanı orbitə enən ilk sovet kosmonavtı Svetlana Savitskaya idi. Bundan başqa o, 1982-ci ildə "Salyut 7" stansiyasından "Sayuz T-5" vəzifəsi üçün kosmosa yollanan ikinci qadın kosmonavtdır.

Ketrin D. Sallivan

NASA astronavtı Ketrin D. Sallivan 11 oktyabr 1984-cü ildə "STS-41-G" missiyasını yerinə yetirərkən "Challenger" stansiyasının kənarına çıxıb, kosmosda yürüş edən ilk amerikalı qadındır.

Helen Şarman

İngilis kimyagər Helen Şarman 1991-ci ildə "Sayuz TM-12" missiyası üçün Mir kosmik stansiyasına səfər edərkən kosmosa uça bilən ilk ingilis qadın olub. Bu uçuş zamanı Mİr kosmik stansiyasına səfər edən ilk qadın da elə məhz o, oldu.

Mae Cemison

Mae Cemison 1992-ci ilin sentyabrında kosmosa uçan ilk afroamerikalı qadın astronavtdır.

Roberta Bondar

O, isə 1992-ci ildə "STS-42" missiyasını yerinə yetirən ilk kanadalı qadın astronavtdır.

Çiaki Mukai

Yaponiya Milli Kosmik Araşdırma Agentliyini (NASDA) kosmosda təmsil edən ilk yapon qadın Çiaki Mukai olub. Bir qadın astronavt üçün ən uzun uçuş rekordu da ona məxsusdur.

Klaudiye Heyqner

Həkim Klaudiye kosmosa gedən ilk fransız qadındır. Həmçinin 2001-ci ildə NASA-nı ziyarət edən ilk avropalı qadın da odur.
 
Çingiz Səfərli