Dünya 14:12 02.04.2020

Kovid-19-a qarşı 2 peyvənd hazırlandı: sınaqdan keçirilir

Avstraliyalı alimlərin hazırladığı Kovid-19 peyvəndinin heyvanlar üzərində sınağına başlanılıb. 

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının razılığı əsasında aparılan sınaqların 3 ay davam edəcəyi bildirilir. Peyvəndlərdən birini Oksford Universiteti, digərini isə ABŞ-ın İnovio Pharmaceuticals şirkəti hazırlayıb. Peyvənd nümunələri virusa eynən insanlar kimi məruz qalan gəlinciklər üzərində sınaqdan keçiriləcək.

Sınaq müvəffəqiyyətlə başa çatsa, kliniki sınaqlara başlanılacaq.

Qeyd edək ki, ötən ay ABŞ-da insanlar üzərində təcrübə aparılmışdı.
 
Camal