Maqazin 15:14 07.09.2019

Kral rus modellə evlənməyinə peşman olub

Malayziyanın keçmiş kralı V Məhəmməd rusiyalı model Oksana Voevodina ilə nikahına görə peşman olub.

Qaynarinfo xəbər verir ki, 50 yaşlı V Məhəmməd və 27 yaşlı Oksana Voevodinanın nikahı ötən il baş tutub. Lakin toy mərasimindən sonra cütlük barədə dedi-qodular yayılmağa başlayıb. V Məhəmməd bu ilin yanvar ayında vəzifə dövrü bitmədən taxt-tacı təhvil verdi. Onun bu qərarı gənc modellə nikahı ətrafında davam edən söz-söhbətlərlə əlaqələndirilir.

Ötən aylarda cütlüyün övladı dünyaya gəlib. Lakin cütlük modelə qarşı irəli sürülən xəyanət ittihamı görə boşanıblar. İddiaya görə, doğulan körpənin V Məhəmmədin övladı olduğunu sübut etmək məqsədilə DNT testi aparılıb. 

V Məhəmməd Daily Mail-ə açıqlamasında O.Voevodina ilə nikah bağladığına görə peşman olduğunu dilə gətirib. O, gənc qadını kral ailəsi barədə yalanlar danışmaq, kralın şəxsi həyatını ictimaiyyətlə paylaşmaqda ittiham edib. 

Qeyd edək ki, Oksana Voevodina "Instagram" hesabında V Məhəmmədin əvvəlki həyat yoldaşından boşanma səbəbindən bəhs etmişdi. Onun sözlərinə görə, qadın maliyyə fırıldaqçılığı etdiyi üçün kraldan boşanmaq məcburiyyətində qalıb. 

Model ötən günlərdə V Məhəmmədlə fotosunu paylaşmış və həqiqətləri demək istədiyini yazmışdı.

Gülşən