Asif Nərimanlı

Blogger
Yazılar
87
Krımın işğalından Suriya müharibəsinə: Qazaxıstana yeridilən qoşunların tərkibi

Krımın işğalından Suriya müharibəsinə: Qazaxıstana yeridilən qoşunların tərkibi

Asif Nərimanlı

Qazaxıstana KTMT-nin "sülhməramlıları” adı altında daxil edilən qoşun rəsmi məlumata görə 2500 nəfərdən ibarətdir: 100 erməni hərbçisi, 150-200 Belarus hərbçisi, 200 Tacikistan, 150 Qırğız hərbçisi, qalanları rus hərbçisidir; Rusiya hərbçilərin sayını dəqiq açıqlamayıb;

Rusiyanın "sülhməramlı missiyasında” təmsil olunan hərbi qüvvələr əvvəllər müxtəlif hərbi əməliyyatlarda iştirak edib.

31-ci hava-desant briqadası: 2013-cü ildən Çevik Hərəkat Qüvvələrinin tərkibinə daxil olan briqada 2008-ci il II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Rusiya Müdafiə Nazirliyinin saytında isə briqadanın "sülhməramlı missiya” üzrə ixtisaslaşdığı bildirilir. Briqada Bosniya müharibəsi zamanı humanitar karvanları müşaiyət edib.  

98-ci hava-desant diviziyası: diviziyanın hərbçiləri 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziya münaqişə zonasında və 1999-cu ildə Kosovada sülhməramlı əməliyyatlarda iştirak edib. 2014-cü ildə diviziyanın hərbçiləri Donbas müharibəsində separatçılara dəstək verib. Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb, lakin Rusiya tərəfi bunu təkzib edib və qeyd edib ki, "hərbçilər sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçiblər”. 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.

45-ci hava-desant xüsusi qüvvələri: Rusiya ordusunun ən elit bölmələrindəndir. Birinci və ikinci çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır. Bu briqadanın əsas vəzifəsi kəşfiyyat və diversiya əməliyyatlarının aparılmasıdır.

Belarus Xüsusi Əməliyyat Qüvvələrinin tərkibinə daxil olan 103-cü birqadanın 150-200 hərbçisini, Qırğız Respublikası "Əqrəb” xüsusi təyinatlı qüvvələrinin 150 hərbçisini göndərib. Ermənistan və Tacikistanın hansı bölmələri göndərdiyi dəqiq məlum deyil. Bu ölkələrin də xüsusi təyinatlı qüvvələr göndərdiyi ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR

X