Lotu Quli öz emissarlarını Ukraynaya göndərib.
Lent.az-ın məlumatına görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.
Məlumata görə, Lotu Qulinin Ukraynadakı əsas dəstəkçisi isə yerli oliqarx Vaqif Əliyev və "Oleq Bakinski" ləqəbli Oleq Krapivindir. Xəbərdə o da deyilir ki, Ukraynada Quliyə müqavimət göstərəcək kriminal avtoritet qalmayıb. Tanınmış ukraynalı qanuni oğrular Serqey Lısenko (Lera Sumskoy) Moskvada yaşayır, Andrey Nedzelski (Nedelya) Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (Quqa) isə deportasiya edilib. Ona görə də Ukraynanı, necə deyərlər, fəth etmək Quli-Əliyev-Bakinski üçlüyü üçün çətin olmayacaq.
Şərhlər