Foto 15:11 12.04.2019

"Körpü-Bina-Tikinti" qazıntıya başladı, qəsəbə sakinləri etiraz etdi (FOTOLAR)

Bakının "Qanlı göl" adlanan qəsəbəsində aparılan qazıntı işləri sakinlərin narazılığına səbəb olub.

Bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri məlumat verib.

Onların sözlərinə, "Körpü-Bina-Tikinti" MMC sosial evlərin qarşısındakı ərazidə qanunsuz olaraq qazıntı işlərinə başlayıb: "Gəlib ərazini qazırlar. Evlərimiz qəzalı vəziyyətə düşüb, yollar bağlanıb, uşaqlarımız məktəbə gedə bilmir. Şirkətin rəhbəri də qaçıb gizlənib. Bilmirik, nə iş görürlər". 

Sakinlərin etirazından sonra qazıntı işləri dayandırılıb.