Dünya 11:13 20.01.2022

KTMT müdaxiləsindən sonra Qazaxıstanda rusları nə gözləyir? - Ekspert

İMEMO REA-nın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin Lenta.ru-ya müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlı əməliyyatının o ölkədə Rusiya və rus icması üçün nəticələrindən danışıb. 

Qaynarinfo xəbər verir ki, alimin sözlərinə görə, Moskva çətin vəziyyətdə Nur-Sultana kömək edib və bu, müsbət psixoloji məqam olub. Eyni zamanda, daha güclü təsir alətləri meydana çıxmayıb. Alim qeyd edib ki, hazırda iki dövlət arasında münasibətlərdə ciddi dəyişiklik yoxdur, vəziyyət böhrandan əvvəl olduğu kimi qalıb.

Qazaxıstanda yaşayan rus vətəndaşlar üçün fəsadlara gəlincə, Pritçin aydınlaşdırıb ki, etirazlar zamanı heç bir millətçi tələblər olmayıb. "Sülhməramlıların iştirakı ilə heç bir neqativ hal olmayıb ki, bu da Qazaxıstan ruslarını nədəsə ittiham etməyə əsas versin”, - ekspert bildirib. Bununla əlaqədar o, ruslar üçün heç bir aşkar mənfi nəticələrin gözlənilmədiyi qənaətinə gəlib.
 
Alpər