Dünya 15:45 13.01.2022

KTMT qoşunları Qazaxıstandan çıxmağa başladı

KTMT qoşunlarının Qazaxıstandan çıxarılmasına başlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"KTMT-nin kollektiv sülhməramlı qüvvələri komandanlığı və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - hesabatda deyilir.

KTMT sülhməramlılarının ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq, - Müdafiə Nazirliyi bildirib.
 
Alpər