Siyasət 28.01.2022

KTMT Tacikistanla Qırğızıstan arasında qanlı münaqişəyə niyə son qoymur? (ŞƏRH)

"Tacikistanla Qırğızıstan arasında gərginliyin qalması daha çox elə KTMT-yə sərf edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qırğızıstanla Tacikistan arasında baş verən lokal xarakterli hərbi toqquşmanı şərh edərkən deyib:
 
"İki qonşu ölkə arasında ziddiyyətlərin olması KTMT-nin əsas nüvəsi olan Rusiyanın da marağındadır. Bu yolla hər iki dövlətə, xüsusən də Qırğızıstana təzyiq və təhdidlərini həyata keçirir”. 

Həmsöhbətimizin fikrincə, sözügedən problemdə KTMT daha çox Düşənbəni müdafiə edir:

"Bişkekə isə bir növ ögey yanaşırlar. Hələ də Qırğızıstanla Tacikistan arasında sərhədlərin delimitasiyası baş tutmayıb. Ona görə də həm yollar, həm də su mənbələrinin bölüşdürülməsi istiqamətində aralarında ciddi ziddiyyətlər qalmaqdadır. Burada su mənbələrinin bölüşdürülməsi daha ciddidir, çünki həyati əhəmyyətə malikdir. Ona görə də mütəmadi olaraq iki ölkə arasında bu sayaq toqquşmalar baş verir. Tacikistan bu məsələdə hökmran güc rolunda çıxış etməyə çalışır və belədə Bişkekin müəyyən hüquqlarını tapdalayır. Bu nöqteyi-nəzərdən hələ də sözügedən problemlər həll olunmayaraq qalmaqdadır”.

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?