Xəbər lenti

Kurban Berdıyev
İdman 09:33 04.06.2025

Kurban Berdıyev "Turan Tovuz"u tərk edir? (AÇIQLAMA)

"Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin kluba gəlişindən sonra qərb təmsilçisinin ciddi irəliləyişə nail olduğu sirr deyil. Məhdud büdcə ilə döyüşkən komanda yaratmağı bacaran təcrübəli mütəxəssis bu mövsüm Avrokubokların qapısından döndü.

Təbii ki, belə olan halda "Turan Tovuz” rəhbərliyinin Berdıyevdən razı qalmaması mümkün deyil.

Ancaq son günlər mətbuatda rusiyalı mütəxəssisin komandanın ayrılmaq istəməsi ilə bağlı xəbərlər dolaşır. Bildirilir ki, klubdakı fəaliyyətindən narazı qalan Kurban Berdıyev ölkəmizi tərk edib və rəhbərliyin də onunla əlaqə yaratmaq cəhdləri bəhrə vermir.

Bəs görəsən reallıqda vəziyyət necədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan "Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev baş məşqçi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib:

"Kurban Berdıyev işinin başındadır. Hazırda məşqçi və futbolçu heyəti istirahətdədir. Hazırlıq planları dəqiqləşən və təsdiqlənən kimi ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Kurban Berdıyev cari mövsümün əvvəlində "Turan Tovuz”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Premyer Liqanı 4-cü pillədə başa vurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->