Ölkə 14:29 01.12.2020

Laçınlı şairin atasının sevincdən ürəyi dayandı

Laçınlı şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kulis.az-a İlham Qəhrəman məlumat verib. O bildirib ki, Umud Qəhrəmanovun Laçının azad olunması xəbərini eşidəndən sonra gecə saat 2-də sevincdən ürəyi dayanıb.

Qeyd edək ki, Umud Qəhrəmanovun gözləri uzun müddətdir görmürdü. O, son günlərdə Laçına getməyə hazırlaşırmış.