Lavrov Cavad Zərif  ilə Qarabağı müzakirə edəcək

Lavrov Cavad Zərif ilə Qarabağı müzakirə edəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

Qaynarinfo xəbər verir ki, nazirlərin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair müzakirələr aparacağı bildirilir. Bununla yanaşı gündəlikdə İran nüvə proqramı və məsələləri, həmçinin Suriyadakı böhran mövzuları da yer alıb.

Qeyd olunub ki, Rusiya və İran XİN başçıları arasında son görüş dörd ay əvvəl, ötən ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada baş tutub.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Moskvaya Bakıdan yola düşəcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR