Siyasət 12:17 21.11.2020

Lavrov və Şoyqu İrəvana niyə gedib: pərdəarxası danışıq olacaqmı? (ŞƏRH)

"Düşünürəm ki, bu görüşdə ciddi, pərdəarxası hər hansı danışıq olmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışarkən deyib. Onun fikrincə, bu görüşün əsas səbəbi sülhməramlıların missiyasıdır:

"Düşünürəm ki, noyabrın 20-də Rusiya Prezidenti bir anons verdi. Prezident onlayn konfransındakı çıxışında  bildirdi ki, öz nümayəndəsini həm Ermənistana, həm də Azərbaycana göndərəcək. Nümayəndə heyəti hər iki dövlətin müvafiq strukturları ilə görüş keçirəcək. Görüşün də məğzi əsasən sülhməramlı missiyanın imzalanmış sazişə əsasən həyata keçirilməsi olacaq". 


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Rusiya Federasiyasının idarələrarası nümayəndə heyəti ilə birlikdə Yerevana səfər edib. Nazir bu görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Bahar Rüstəmli