Dünya 13:38 16.10.2019

Lavrovdan gözlənilməz "Barış pınarı" açıqlaması

Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyadakı proseslə bağlı fikir səsləndirib.

Qaynarinfo xəbər verir ki, nazir sərhəd bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan Suriya-Türkiyə əməkdaşlığının təmin olunmasını dəstəkləyəcəklərini bəyan edib.

Qeyd edək ki, Türkiyə Suriya ilə sərhəddə "Barış Pınarı" anti-terror əməliyyatını həyata keçirir.

Gülşən