Bir müddət əvvəl öldüyü haqda şayiələr yayılan Şimali Koreya lideri Kim Çen İn ölkənin nüvə bazasını gücləndirmək məqsədilə hərbi iclas keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. İclasda ölkənin nüvə müharibəsinə qarşı dayanıqlılığını artırmaq və strateji silahlı qüvvələri həyəcən vəziyyətinə gətirmək istiqamətində yeni planlar irəli sürülüb.
İclasın nə zaman keçirildiyinə dair isə heç bir məlumat verilməyib.
Camal
Şərhlər