Xəbər lenti

Ledi Qaqa 578 min dollarlıq nişan üzüyünü nümayiş etdirdi (FOTO)
Maqazin 21:42 05.09.2024

Ledi Qaqa 578 min dollarlıq nişan üzüyünü nümayiş etdirdi (FOTO)

Müğənni Ledi Qaqa nəhəng brilyant qaşlı nişan üzüyünü nümayiş etdirib. 

Qaynarinfo xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc olunub.

Sentyabrın 4-də Ledi Qaqa Venesiya Film Festivalı çərçivəsində baş tutan "Joker: İki nəfər üçün dəlilik" filminin premyerasında iştirak edib. Filmdə əsas rollardan birini canlandıran pop müğənnisi nişanlısı, iş adamı Maykl Polanski ilə ictimaiyyət qarşısına çıxıb. Aktrisa səkkiz karatlıq oval kəsimli solitaire almazla bəzədilmiş platin nişan üzüyü ilə fotoqraflara poza verib. Jurnalistlərin fikrincə, məhsulun dəyəri təxminən 578 min dollardır.

Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. İş adamı Harvard Universitetinin məzunudur. Polanski "Facebook"un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan "Parker Qrup"unun xeyriyyə layihələrində iştirak edir.

Aprel ayında müğənni nişan şayiələrinə səbəb olmuşdu. Ulduz gəzinti zamanı paparatsilərə tuş gəlib. Jurnalistlər estrada müğənnisinin adsız barmağında brilyant qaşlı üzüyü görüblər. İyulun sonunda Ledi Qaqa dedi-qoduları təsdiqləyib. Sonradan məlum olub ki, müğənni və iş adamı nikah müqaviləsi bağlamaq istəyirlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->