Amerikalı aktrisa və müğənni Ledi Qaqa "Rolling Stone" jurnalına verdiyi müsahibədə 2017-ci ildə "Ulduz Doğulur" filminin çəkilişləri zamanı çətinliklə sağ qaldığını etiraf edib.
Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, o, "psixotik sarsıntı” keçirib, çünki stress səbəbindən əhval-ruhiyyəni stabilləşdirən dərmanlar qəbul edirmiş. Qaqa bildirib ki, "Ulduz Doğulur”da çəkilərkən bipolar pozğunluq zamanı istifadə olunan litium dərmanının təsiri altında olub.
"Bu, həqiqətən qorxulu idi. Bir an gəldi ki, düşünürdüm, artıq düzəlməyəcəyəm. Xoşbəxtəm ki, sağ qaldım. Bilirəm, dramatik səslənir, amma baş verə biləcək nəticələri anlayırıq", deyə aktrisa bildirib.
Daha sonra Qaqa psixiki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib və lazım olan tibbi yardım alıb. 2019-cu ildə 91-ci "Oskar” mükafatının təqdimat mərasimində isə artıq özünü daha yaxşı hiss etdiyini bildirib.
Müsahibədə müğənni nişanlısı Maykl Polanskiyə də təşəkkür edib ki, onun yenidən "sağlam və bütöv insan” olmasına köməklik göstərib.
"O, mənimlə maraqlanmaq istəyirdi. Mən heç vaxt bu qədər sevilməmişdim. Mənim həyatım onun üçün ciddi məsələ idi. O, mənə başa saldı ki, həyatım əvəzsizdir", deyə ulduz vurğulayıb.
Aydın
Şərhlər