Xəbər lenti

Ledi Qaqa nikahdan əvvəl nişanlısı ilə müqavilə bağlamaq istəyir
Maqazin 22:35 07.08.2024

Ledi Qaqa nikahdan əvvəl nişanlısı ilə müqavilə bağlamaq istəyir

Müğənni Ledi Qaqa nişanlısı, sahibkar Maykl Polanski ilə nikah öncəsi müqavilə bağlamaq qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.

Məlumat verən mənbə bildirib ki, Ledi Qaqa və Maykl Polanski qarşıdan gələn toyları öncəsi nikahdan əvvəl razılaşmanı müzakirə edirlər. Mənbənin sözlərinə görə, biznesmen sərvəti 900 milyon dollar dəyərində qiymətləndirilən müğənninin özünü qorumaq istədiyini anlayır və ona dəstək verir. Sahibkarın sərvətinin 600 milyon dollar olduğu qeyd edilir.

"Hər iki tərəfin çoxlu aktivləri var və nikahdan əvvəl razılaşma hər şeyi aydınlaşdıracaq. Buna görə, aralarında heç bir gərginlik yaratmayıb, əslində, işlərini asanlaşdırıb. Onlar evlənmək üçün tələsirlər", deyə mənbə bildirib.

Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. O, Harvard Universitetinin məzunudur. Polanski "Facebook"un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan Parker Qrupunun xeyriyyə layihələrində iştirak edir. Ledi Qaqa şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.

Aprel ayında müğənni nişan şayiələrinə səbəb olmuşdu. Ulduz gəzinti zamanı paparatsilərə tuş gəlib. Jurnalistlər estrada müğənnisinin barmağında brilyant qaşlı üzüyü görüblər. Daha sonra məşhur dedi-qoduya münasibət bildirməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->