Müğənni və aktrisa Ledi Qaqanın atası Co Qermanotta yaşadığı Nyu-Yorkun elit səmtinin miqrantlar tərəfindən "əsir alınmasına” qarşı çıxıb.
HİT.az bu barədə "New York Post”a
istinadən xəbər verir.
66 yaşlı Qermanotta rayon sakinlərinin şikayətlərinin siyahısını tərtib edib və gələcəkdə onları şəhər rəhbərliyinə və polisə ötürməyi planlaşdırır. Qermanotta şikayət edib ki, şəhər rəsmiləri onun evinin yaxınlığında 500 miqrantın yerləşdiyi sığınacaq açıb. O, təəssüflə bildirib ki, bundan sonra şəhərin küçələrində şənliklər başlayıb, "ehtiyatsız davranışlar” və fahişəlik problemi yaranıb.
"Qızlarım böyüyəndə də belə olsaydı, mən Nyu Yorku tərk edərdim", deyə Qermanotta bildirib.
Ulduzun atası səlahiyyətliləri küçələri təmizləməyə çağırıb, o, miqrantları "öz bölgələrində qonaqlar" adlandırıb: "Ən pis şey gecədir. Səs-küy baş alıb gedir. Təxminən saat 10-da başlayır və səhər 4-ə qədər davam edir. Musiqi çalınır, velosipedlər küçələrdə sürülür".
Qermanotta deyir ki, o, miqrantları pis insanlar kimi görmür, lakin "onların anti-sosial davranışları problemə çevrilir”.
Aydın
Şərhlər