Amerikalı müğənni və aktrisa Ledi Qaqa və onun biznesmen həyat yoldaşı Maykl Polanski qız övladlarının valideyni olublar.
Qayanrinfo xəbər verir ki, TMZ-nin məlumatına görə, cütlüyün qızını surroqat ana dünyaya gətirib.
Bildirilir ki, cütlüyün Roza Bin Polanski adlı qızı iyunun 9-da Los-Ancelesdə, Sakit okean vaxtı ilə saat 23:19-da doğulub.
“Müğənninin niyə surroqat ananın xidmətlərindən istifadə etmək qərarına gəldiyi məlum deyil. Bununla yanaşı, o, güclü ağrılara və xroniki yorğunluğa səbəb olan fibromialgiya xəstəliyi ilə mübarizəsindən açıq şəkildə danışıb”, deyə nəşrdə qeyd olunur.
Daha əvvəl Qaqanın ailəsinə yeni üzvün qatılması barədə məlumatın yalnız bir neçə gün əvvəl ictimaiyyətə məlum olduğu bildirilmişdi. Doğuşu həkim Robert Kats həyata keçirib.
Müğənninin qızına verdiyi adın onun üçün xüsusi məna daşıdığı güman edilir. Qaqanın belində qızılgül döyməsi var. Bu, onun “Ulduz doğuldu” filmində “La Vie En Rose” mahnısını ifa etməsinə işarədir. Onun “Born This Way” mahnısı isə LGBTQ+ fəalı Karl Binindən ilhamlanıb.
Aydın
Şərhlər