Ölkə 23:54 03.05.2021

Lənkəranda 20 yaşlı qadın doğuşdan sonra dünyasını dəyişdi

Lənkəranda ana ölümü baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik sakini, 2001-ci il təvəllüdlü Rəqsanə Səmid qızı Xangəldiyeva doğuşdan sonra ölüb. 

Mərhum qadın övladını dünyaya gətirdikdən sonra həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.