Xəbər lenti

Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını öldürdü
Ölkə 23:33 31.07.2025

Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını öldürdü

Lerikdə "Aztelekom” MMC-nin əməkdaşı elektrik cərəyanı vurması nəticəsndə ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə hadisə Cəngəmiran kəndində baş verib.

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.

S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->