Xəbər lenti

Bakıda maşını qəsdən yandıranlar saxlanıldı (VİDEO)
Ölkə19:51 01.08.2025

Bakıda maşını qəsdən yandıranlar saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
 Qaynarinfo DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.