Dünya 17:39 13.01.2022

Lev Tolstoyun nəticəsi 100 yaşında ABŞ-da vəfat etdi

Rus yazıçısı Lev Tolstoyun ABŞ-ın Merilend ştatında yaşayan nəticəsi vəfat edib. Sergey və ya Serj Tolstoyun 99 yaşı var idi.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "The Washington Post” yayıb.

Məlumata görə, yazıçının nəticəsinin görmə, eşitmə və udqunma problemi olub. Onun insult keçirməsi də mümkündür. Ölümün dəqiq səbəbi barədə məlumat verilmir.

Sergey Tolstoy Avropada yaşayıb, sonra ABŞ-a köçüb. O, rus dilindən dərs deyib, bir müddət bizneslə məşğul olub, həmçinin "Ən uzun gün” filminin çəkilişlərində iştirak edib və "Amerikanın səsi” radiostansiyası ilə əməkdaşlıq edib.
 
Alpər