Dünya 17:11 05.08.2018

Leysan daşqına səbəb oldu: 70 min insana ziyan dəyib

Taylandda davam edən güclü yağışlar Mekonq çayında daşqına səbəb olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, daşqın nəticəsində 9 əyalətə zərər dəyib. 12 rayon, on minlərlə tikili su altında qalıb. Ümumilikdə 70 min insana zərər dəydiyi bildirilir.

Qeyd edək ki, güclü yağışların növbəti günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Gülşən