Xəbər lenti

Dünya 13:11 25.11.2021

LGBT təbliğatına görə Netflix-dən DİN-ə şikayət edildi – 16+

Ailənin müdafiəsi üzrə ictimai komissar Olqa Baranets Rusiya Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə Netflix striminq xidmətinin yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təbliği ilə bağlı qanun pozuntularına görə yoxlanılmasını tələb edib. 

Qaynarinfo Vedomosti-yə istinadla xəbər verir ki, Baranets servisdə yaş həddi 16+ göstərilən LGBT mövzulu film və serialların olduğunu deyib.
Şikayət Rusiya Daxili İşlər Nazirliyinin Moskva şöbəsinə verilib.

Jurnalistlər Baranetsin Oskar mükafatı almış "Brokeback Mountain” (Qozbel dağ”) dramının və "Cianni Versaçyenin qətli” mini-serialının seçimindən bəhs etdiyini ehtimal ediblər. Eyni zamanda, sözügedən layihələr servisdə "18+” qeyd olunub.

2020-ci ilin iyul ayında Baranets Rusiyanın "Çiki” serialında "LGBT və feminist təbliğatı"nı müşahidə edib. O, layihə ilə bağlı Daxili İşlər Nazirliyinə də şikayət edib. "Çik" üçün daha sonra Rusiya Dövlət Duması da ayağa qalxıb.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->