Xəbər lenti

Çempionlar Liqasında yarımfinal görüşləri başlayır
İdman06:02 30.04.2024

Çempionlar Liqasında yarımfinal görüşləri başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, birinci oyunda "Bavariya" və "Real" kollektivləri üz-üzə gələcək.
Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar "Arsenal"a qalib gəlibsə, "Kral klubu" "Mançester Siti"dən güclü olub.
"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. "Bavariya" (Almaniya) - "Real” (İspaniya)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, "Allianz Arena” stadionu.
Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda "Borussiya" Dortmundda PSJ-ni qəbul edəcək.