Dünya 18:54 15.06.2018

Litvada gecə davası: Azərbaycanlı amerikalı hərbçini yumruqladı

Litvanın Kaunas şəhərində amerikalı hərbçi Azərbaycan vətəndaşı ilə dalaşıb.

Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, insident gecə saatlarında şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

"Gecə saat iki radələrində müşahidə kamerası 3 nəfərin iştirakı ilə davanı qeydə alıb”, - deyə polisdən bildirilir.

Dalaşanlardan biri adi paltarda olan ABŞ hərbçisi olub. Onunla dalaşan iki nəfər isə Azərbaycan vətəndaşı olub. Hər üç şəxs sərxoş olub. Ən yüksək dozalı spirtli içkini isə amerikalı qəbul edib. ABŞ hərbçisinin sifətinə yumruq zərbəsi endirən azərbaycanlı saxlanılıb.