Livanın xarici işlər naziri Nasif Hitti vəzifısindən istefa verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumətə yaxın mənbələrdən biri nazirin artıq istefa ərizəsini ölkənin baş naziri Həsən Diyaba təqdim etdiyini bildirib. Mənbə Hittinin istefasının geri dönüşü olmayan addım olduğunu deyib.
İstefa ərizəsi ilə bağlı isə hələlik hökümətdən heç bir açıqlama verilməyib.
Hittinin yaxın vaxtlarda bu barədə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Frqli din və məzhəblərə söykənən siyasi bölünmələr baxımından olduqca həssas bir quruluşa sahib olan Lübnan iqtisadiyyatı 1975-19900cı illərdəki vətəndaş müharibəsindən bəri ən böyük böhranlardan birini yaşayır.
Qeyd edək ki, baş naziri Diyab ötən aylarda dövlət borcunun 90 milyard dolları aşdığını açıqlamışdı. Sərmayənin çıxışına qarşı sərt tədbirlərə əl atan banklar xarici əməliyyatları donduraraq, müştərilərin hesablarındakı valyutaların çəkilişinə də məhdudiyyətlər tətbiq edib.
Mərkəzi bank məzənnəni sabit saxlasa da yerli valyutanın qara bazardakı dəyər itirir. Rəsmi məzənnəyə görə 1 dollar 1500 Livan lirəsi olsa da, qara bazarda 8 min lirəyə qədər çıxa bilir.
Hökumət hər il 2 milyard dollar olmaqla 5 il ərzində toplam 10 milyard dollar kredit almaq üçün BVF ilə müzakirələrə başladığını açıqlamışdı.
Livanda iqtisadi böhrana etiraz edən xalq ilginc bir nümayiş də keçirib. Belə ki, bir qrup aksiyaçı milli valyutanı təmsil edən tabutu çiyinlərində daşıyıb. Digər tərəfdən ölkədə tez-tez nümayişlər keçirilir və arabir nümayişçilərlə polis və ordu qüvvələri arasında toqquşma yaşanır.
Camal
Şərhlər