Liviyada helikopterlər toqquşdu: general həlak oldu (FOTOLAR)

Liviyada helikopterlər toqquşdu: general həlak oldu (FOTOLAR)

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbənin agentliyə verdiyi məlumata görə, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub. İkinci helikopterin ekipajı sağ qalıb:

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”.

Hadisənin başvermə səbəbi məlum deyil.

Bununla bağlı araşdırmanın davam etdirildiyi bildirilir.

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X