Ölkə 16:52 22.02.2019

Liya Bayramovaya yeni vəzifə verildi

Səhiyyə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Liya Bayramova yeni vəzifəyə təyin edilib.

Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, Liya Bayramova Balaxanı qəsəbəsində yaradılan "Toplan” sahibsiz itlərə qayğı mərkəzinin piar meneceri təyin olunub.

Qeyd edək ki, bu ilin fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan "Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.