Ölkə 19:00 23.02.2021

Ölkə və Bakı üzrə yoluxma statistikası: Ən çox harda yayılıb?

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Fanat.Az koronavirus.info-ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.3 faiz, Aranda 13.2 faiz, Abşeronda 12.9 faiz, , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakıda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.