Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Bu gün Azərbaycanda 25 min 711 doz vaksin vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 20 min 018 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 5 min 693 olub.

Ümumilikdə, indiyədək ölkədə 13 milyon 25 min 034 doz vaksin vurulub. Bunlardan 879 min 356-sı birinci mərhələ, 445 min 678-i isə ikinci mərhələ vaksinasiyadır.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR