Xəbər lenti

Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik
Ölkə 23:00 11.10.2017

Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik

Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bir ilkə imza atılmışdır. Ölkəmizin dərman istehlakçıları indi evlərindən çıxmadan onlara lazım olan dərman vasitələri və tibbi ləvazimatları haradan əldə edəcəkləri ilə bağlı ətraflı məlumat ala biləcəklər. Qısa müddət ərzində böyük marağa səbəb olmuş dermantap.az saytı Azərbaycanda ilk dəfə olaraq bu sahədə yaradılmış elektron xidmət növü kimi həmvətənlərimizin istifadəsinə verilmişdir. Bu xidməti özlüyündə sosial yönümlü layihə kimidə təqdim etmək olar.

Proqram rəhbəri N.İsmayılov, veb proqramçı C.Abdullayev və veb dizayner Ə. Məmmədlidən ibarət müəlliflər qrupu müasir durumu və tələbatı nəzərə alaraq, maraqlı, işlək bir struktur yaratmışlar. Sayt ölkə ərazisində olan dərman və dərman vasitələri satışını həyata keçirən aptekləri özündə cəmləşdirir. Sayta giriş həm stasionar kompüterlərdən, həm də telefon və planşetlər vasitəsilə mümkündür. Sayta ilk müraciət zamanı ilkin olaraq sizin yerləşdiyiniz yer haqqında məlumatları almaq üçün müvafiq icazə verilməlidir. Bundan sonra 3 xidmət növü təklif edilir.

– Sizə ən yaxın apteklərin siyahısını əldə etmək imkanı;

– Dərman axtarışını həyata keçirmək;

– Hər hansı dərmanı tapmadığınız təqdirdə sifariş bölməsi vasitəsilə operatorla əlaqə

Ən yaxın apteklərin siyhısı bölməsinə giriş etdiyiniz zaman olduğunuz yerə müvafiq olaraq sizə ən yaxın aptekdən tutmuş ən uzaq aptekə kimi sıralama ilə siyahı təqdim ediləcəkdir. Bu siyahıda aptekin adı, ünvanı, əlaqə vasitələri və ən əsası- bu aptekə getmək üçün xəritə üzərində yol cızılacaq və məsafə haqqında məlumat veriləcəkdir.


Dərman axtarışı bölməsi özündə 18000-ə yaxın dərman, dərman vasitələri, parfümeriya, tibbi ləvazimat və s. haqqında məlumatı özündə əks etdirir. Burada siz dərman vasitəsini həm ticari ada görə, həm də onun tərkibinə görə axtarış edə bilərsiniz. Əhalinin dərman adlarını daha tez axtarması üçün dərman adları beynəlxalq adlarla yanaşı, adi tələffüz qaydasına uyğun da bazaya əlavə edilmişdir.

Dermantap.az saytında yerləşdirilmiş siyahıda Tarif Şurası tərəfindən təsdiq edilmiş dərman qiymətləri də öz əksini tapmışdır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->