Ölkəmizdə maraqlı sosial layihə fəaliyyətə başladı

Ölkəmizdə maraqlı sosial layihə fəaliyyətə başladı

Azərbaycanda "Laboratory Of Art” adlı sosial layihə fəaliyyətə başlayıb.
 
Qaynarinfo xəbər verir ki, layihənin rəhbəri yazıçı, müasir Azərbaycan ədəbiyyatında ilk dəfə qorxu janrında əsərlərin müəllifi olan Fərid Nəsibzadədir.

Sosial layihə yeni-yeni imzalar, gizli qalmış istedadlar üzə çıxarmaq və cəmiyyətimizə təqdim etməyi hədəfləyir. 8 nəfərdən ibarət komandada yeni imza sahibləri və incəsənətin inkişafı üçün təmənnasız iş görən insanlar yer alıb.  Məqsəd "Laboratory Of Art” layihəsinə incəsənətlə uzaqdan-yaxından əlaqəsi olan, maraqlanan, incəsənətin inkişafına töhfə vermək istəyən insanları bir araya toplamaqdır.

Əsas şüarı "Kainatın hər elementi, bir incəsənət əsəridir” olan bu layihənin yekun məqsədi bir brend olmaq, dünya incəsənətinə açılmaqdır.

F.Nəsibzadənin sözlərinə görə, incəsənət platforması olan "Laboratory Of Art” ingilis dilindən tərcümədə "incəsənət laboratoriyası” deməkdir: "Şəbəkələşmə yaradaraq və daha geniş auditoriyaya məqsədin çatdırılmasını hədəfləmişik. Bu da hələ son deyil. "Laboratory Of Art” komandası gələcəkdə mədəni-kütləvi tədbirlər, istedadlı gənclərlə yeni layihələr planlaşdırır”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR