Dünya 17:22 23.04.2019

Ölkənin ən varlı şəxsi həbs olundu

Əlcəzairin ən varlı şəxsi İssad Rəbrab həbs edilib.

Qaynarinfo France 24-ə istinadən xəbər verir ki, "Cevital" şirkətlər qrupunun sahibi Rəbrab korrupsiyada ittiham edilir. O, aprelin 2-si istefa verən prezident Abdül Əziz Buteflikanın yaxın adamı idi.

Qeyd edək ki, Forbes jurnalına görə, İssad Rəbrab 3,38 milyard dollar sərvətə sahibdir. O, Əlcəzairin ən varlı, Afrikanın isə 6-cı ən varlı şəxsidir.

Gülşən