Dünya 09:39 12.09.2019

Ölkənin ilk qaradərili Baş naziri vəfat etdi

Tonqa Krallığının Baş naziri Akilişi Pohiva 78 yaşında vəfat edib.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, A.Pohiva ötən ildən bəri pnevmaniyadan əziyyət çəkirdi. O, Yeni Zellandiyada müalicə olunduğu xəstəxanada həyatını itirib. 

Qeyd edək ki, Akilişi Pohiva Tonqada demokratik hərəkatda əhəmiyyətli rol oynayıb. O, 2014-cü ildə Tonqada parlament tərəfindən Baş nazir seçilən ilk qaradərili statusuna sahib çıxa bilib. Pohiva iqlim dəyişikliyi əleyhinə çıxışları və bu istiqamətdəki fəaliyyəti ilə də diqqət çəkirdi.

Gülşən