Xəbər lenti

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı (FOTO)
Ölkə 21:54 09.12.2017

London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı (FOTO)

Böyük Britaniyanın Ticarət departamenti Azərbaycan əsilli iş adamı Heydar Paşazadəyə məxsus şərab və ərzaq mağazasının lisenziyasını geri götürüb.

Qaynarinfo oxu.az-a istinadən xəgər verir ki, belə bir qərara səbəb kimi saxta spirtli içki satılması və mağazada "kriminal fəaliyyətlə” məşğul olunduğu gətirilir.

Yerli sakinlər İnternational Food Wine Beer mağazasından polisə şikayət edərək bildiriblər ki, orada saxta Hennesy konyakı satılıb. Sakinlər gecə saatlarına kimi mağazada spirtli içki satılmasına da qarşı çıxıblar.

Polis əməkdaşları mağazanın sahibi Heydar Paşazadə ilə əlaqə yaratmağa cəhd etsələr də, bu, mümkün olmayıb. Belə ki, iş adamı daim ya Azərbaycanda, ya da Türkiyədə səfərdə olub. Nəhayət, Paşazadənin özü polisə gələrək, heç bir xəbərdarlıq almadığını bildirib.

Lisenziya üzrə qrupun üzvü Adrian Morris mağazada qanunvericiliyin kobud surətdə pozulması hallarının aşkar olunduğunu bəyan edib.
Hazırda, müvafiq orqanlar tərəfindən  mağazada həddi-büluğa çatmayanlara spirtli içkilərin satılması ilə bağlı daxil olmuş məlumatlar yoxlanılır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->