Dünya 15:10 04.09.2017

Los Anceles tarixin ən böyük yanğını ilə qarşı-qarşıya

ABŞ-ın Los Anceles bölgəsində yerləşən La Tuna bölgəsində cümə günü başlayan yanğını söndürmək hələ də mümkün olmayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu Los Ancelesdə baş verən ən böyük yanğın hesab edilir. 2400 hektarlıq ərazini əhatə edən yanğın bölgəsinin yalnız 10%-nə nəzarət eləmək mümkün olub. Təhlükə səbəbilə 700 ev boşaldılıb, 3 ev isə külə dönüb. 

Çox sayda yanğınsöndürən bölgədə çalışır.

Bildirilir ki, bu gündən etibarən hava temperaturu aşağı düşəcək və yanğını söndürmək daha asan ola bilər.

Gülşən

Qaynarinfo.Az