Xəbər lenti

Lotu Qulinin Moskvadakı kassiri ələ keçdi: onlarla həbs
Ölkə 11:54 15.02.2018

Lotu Qulinin Moskvadakı kassiri ələ keçdi: onlarla həbs

Moskvada Azərbaycan cinayətkar qruplaşmasının liderlərindən olan Fuad Rzayev və onun onlarla tərəfdarı saxlanılıb. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, Fuad Rzayev hazırda Türkiyədə yaşayan Lotu Qulinin adından iri ticarət obyektləri, habelə meyvə-tərəvəz bazarlarından xərac yığmaqda günahlandırılır.

Məlumata görə, "Afo” Ləqəbli Fuad Rzayevə Moskvadakı hərəkətlərinə görə səlahiyyəti Quli verib. "Afo”nun 35 yaşı var, Gürcüstan vətəndaşıdır. Məhz Rzayev iş adamları ilə görüşür, onlardan ümumi xəzinəyə ayda 2 milyon rubl (təxminən 35 min dollar) verməyi tələb edirmiş.

Məlumata görə, Rzayev bir neçə mobil telefondan istifadə edirmiş. Bütün məsələləri isə üzbəüz yox, telefonla həll edirmiş.  O, daimi yaşayış yerini dəyişirmiş.

Amma polis onun izinə düşə bilib. Dolqoprudnı rayonunda onun yaşadığı mənzilin yerini öyrənən xüsusi təyinatlılar evə hücum çəkiblər. Bu arada Rzayev özünə 4 bıçaq zərbəsi vurmağa da imkan tapıb. O, dərhal xəstəxanaya aparılıb.

Polis Rzayevin Aygün adlı həyat yoldaşını da saxlayıb. Məlum olub ki, əvvəllər onun haqqında sənəd saxtalaşdırmasına görə cinayət işi qaldırılıbmış. İlkin istintaq zamanı məlum olub ki,  iş adamlarından alınan pullar məhz onun kredit kartına köçürülürmüş. Eyni zamanda Dolqoprudnıda və Moskvada Rzayevə yaxın adamların həbsləri həyata keçilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->