Dünya 12:29 02.12.2021

Lukaşenko: Hamı Rusiya ilə vahid valyutamızı istəyir – adı rubl...

Rusiya və Belarus üçün vahid valyutanın yaradılmasını elan etmək hələ tezdir - bu, inteqrasiyanın daha dərin səviyyəsini tələb edir, ona "addım-addım" getmək lazımdır. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib və əlavə edib ki, bu hipotetik vahid valyuta çox güman ki, rubl adlanacaq.
O, eyni zamanda xatırladıb ki, hətta Boris Yeltsinin dövründə də bağlanan müqavilələr mövcud valyutalardan birinin istifadəsini deyil, üçüncü valyutanın yaradılmasını nəzərdə tutur.

"Hamı vahid valyuta istəyir, bizdə də valyutanın adı rubldur, sizdə də, onda niyə yenisini icad etməliyik? Onu taler və ya başqa nəsə adlandıraq?", - prezident deyib.

Rusiya ilə ortaq valyutanın dövriyyəyə buraxılması Lukaşenko hakimiyyətinin lap əvvəlindən müzakirə olunan perspektivdir. Bu məsələ 2000-ci ildə imzalanmış vahid valyutanın tətbiqi və İttifaq dövlətinin vahid emissiya mərkəzinin formalaşdırılması haqqında Belarus və Rusiya arasında Dövlətlərarası Sazişdə də qeyd olunub. Buna baxmayaraq, vahid valyutanın tətbiqi ildən-ilə qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Alpər